İnfrastrukturu və texniki xüsusiyyətləri

Layihəni yaradanlar öz təcrübə və biliklərindən istifadə edərək, Sizin evinizin bütün göstəricilər üzrə aşağıdakı müasir standartlara uyğun gəlməsi üçün əllərindən gələni etmişlər:


• qəsəbənin vahid arxitekturası;
• şəxsi istismar xidməti;
• evlərin konstruksiyasının seysmik dözümlü olması;
• tavanın 3.40 m hündürlükdə olması və rigelsiz planlaşdırma;
• özülün hidroizolyasiyası və gizli sel kanalizasiyası;
• magistral su kəməri və su təchizatı sistemi;
• magistral qaz və hər bir evin fərdi isitmə sistemi;
• mərkəzi elektrik təchizatı və hər villada elektrik şəbəkəsi;
• ehtiyat generatorlar sistemi;
• telefon rabitəsi və internet;
• hər bir villanın vitraj şüşələnməsi və geniş, bəzədilmiş eyvanlar;
• hər bir evdə buxarı;
• yanğın təhlükəsizliyi sistemi;
• villaların istilik izolyasiyası və müasir bəzək materialları;
• ərazinin gecə-gündüz mühafizəsi və video-müşahidə, qəsəbənin perimetri üzrə hasar, nəzarət-buraxılış məntəqəsi;
• asfalt örtüklü geniş küçələr, piyada və velosiped yolları, daşla döşənmiş, gözoxşayan bordyur və qazonlar;
• park zonası və çox qəşəng giriş qrupu;
• bəzək işıqlandırılması və vahid stildə hasara alınması, abadlaşdırılmış ictimai zonalar.


Qəsəbənin ərazisində həmçinin mağaza, restoran, aptek, açıq və qapalı oyun meydançaları, çoxsaylı rekreasiya zonaları və s. fəaliyyət göstərir.
Qeyd etmək lazımdır ki, Villa Badam kottec qəsəbəsinin təxminən 40% ərazisi infrastruktur üçün ayrılmışdır.