Fitnes və spa

Layihəni yaradanların planına əsasən müasir Villa Badam kompleksində istər yaşlıların, istərsə də uşaqların idmanla məşğul olması, əylənməsi və istirahətinin təşkil olunması üçün hər şey nəzərdə tutulmuşdur.

5400 m2 sahəsi olan ikimərtəbəli Fitnes və spa mərkəzi sakinlərin və onların qonaqlarının ixtiyarına verilmişdir.

Müasir standartlara uyğun quraşdırılmış fitnes mərkəzinə açıq hovuz, spa mərkəzi, müasir trenajer zalı, aerobika zalı, qapalı 25 metrlik hovuz, masaj kabinetləri, saunalar və türk hamamı daxildir.

Aktiv istirahət etmək və kollektiv oyunlar təşkil etmək üçün açıq futbol meydançası, tennis kortu, basketbol və voleybol meydançaları vardır.

Sakinlərin və qonaqların öz boş vaxtlarını keçirmək üçün Fitnes mərkəzinin 2-ci mərtəbəsində mətbəxi və xidmətedici işçi heyəti olan 200 nəfərlik tədbirlər zalı, yay eyvanı olan qəhvəxana, bilyard otağı, uşaqlar üçün oyunlar otağı, konfrans zalı və VIP otaq fəaliyyətdədir.

Bundan başqa, yaxınlıqda təxminən 2 hektar sahədə onlarla oyun meydançaları və əllə yaradılmış gölü olan xüsusi olaraq layihələndirilmiş park yerləşir.

Müasir kinoteatr, örtülü uşaq oyun meydançası, uşaqlara xidmət otaqları da Villa Badam şəhərciyinin sakinlərinin ixtiyarına verilmişdir.