Təsviri

Kotteclərdən ibarət Villa Badam qəsəbəsi– etibarlı kommunikasiyaları olan abadlaşdırılmış şəhərətrafı evlər, əl dəyməmiş təbiət, şəhər komfortu, yerləşdiyi yerin uğurlu olması, yaxşı yollar, özünə layiq adamlarla qonşuluq deməkdir.

Amerika standartlarından istifadə sayəsində layihələndirmə zamanı bağ evlərinin ən böyük çatışmazlığı olan darısqallıq və saysız-hesabsız hasarlardan imtina etmək mümkün olmuşdur. Şəhərcik özünün genişliyi, komfortu və təhlükəsizliyi ilə adamı valeh edir.

26 ha-dan da çox sahədə yerləşən qəsəbə 4 tip: 6,5 sotdan tutmuş, 20 sotadək sahəsi olan A, B, C, D tipli villalardan ibarətdir. Qəsəbənin məziyyəti ondadır ki, villalar arasında hasarlar yoxdur: onlar bir-birindən çəpərlərlə ayrılır. Ərazinin zonalara düzgün bölüşdürülməsi və yerin təbii relyefi sayəsində Siz öz sahənizdən uzaqları da görürsünüz.

Müasir müşahidə sistemləri ilə birgə sayıq və etibarlı keşikçilər gecə-gündüz rezidentlərin və onların ailələrinin təhlükəsizliyini təmin edirlər.

Hər bir villada iki avtomobil üçün qapalı qaraj, camaşırxana və qazanxana, rahat mətbəx - yemək otağı, buxarısı olan geniş qonaq otağı, quraşdırılmış vannaları və paltarasma otaqları olan valideynlər üçün yataq otaqları vardır.

Bizim şəhərdə villa alarkən Siz torpaq sahəsinin sahibi olursunuz, bu isə pul vəsaitinin yaxşı yatırımıdır. Axı məhz şəhərətrafı daşınmaz əmlakın dəyəri ildən-ilə artır.