Giriş

Müasir avtomobil yolu ilə cəmi 15 dəqiqə getdikdən sonra siz artıq vurnuxan şəhərdən uzaqlaşır, rahatlıq və komfort aləminə düşürsünüz.

Müasir şəhərətrafı Villa Badam qəsəbəsi üzü gölə baxan 30 illik badamlıqda yerləşir. Burada bütün il yaşamaq üçün hər şey nəzərə alınmışdır.

Kaliforniya arxitekturasının elementlərindən istifadə edilməklə təcrübəli Amerika mütəxəssisləri tərəfindən layihələndirilmiş bu şəhərcik yaşamaq, istirahət etmək və əylənmək üçün ən sevimli guşələrdən biri olacaqdır.